Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azkommunlayihə” Layihələşdirmə İnstitutu “Ata Sığorta” ASC-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən FHN sığorta ödənişinin ödənilməsi barədə tələb irəli sürüb.
İddi olunan ödənişin məbləği açıqlanmayıb.
Məhkəmə iddianı təmin etməyib.
Qərardan narazı qalan FHN apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, “Ata Sığorta” ASC Azərbaycanda tanınmış sığorta şirkətlərindən biridir.