FED.az biznes-maliyyə portalı “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti ilə birgə “Regional Filiallarımızı Tanıdaq” adlı uzunmüddətli layihəsini uğurla davam etdirir. Layihənin növbəti müsahibi “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin Beyləqan rayon filialının rəhbəri Hüseynov Düldül Novruz oğludur.
Hörmətli Düldül müəllim, özünüz, təhsil və iş təcrübəniz haqqında qısa məlumat verməyinizi xahiş edirik.
Mən Hüseynov Düldül Novruz oğlu 1972-ci ildə Xocavənd rayonu Qaradağlı kəndində anadan olmuşam. Azərbaycan Dövlət İqtisad Unverisitetini bitirmişəm. 1999-cu ildən 2008-ci ilədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xocavənd rayon filialında sektor müdürü vəzifəsində çalışmışam.
2008-ci ildən 2012-ci ilədək “Azərsığorta” Dövlət Sığorta Şirkətinin Xocavənd rayon flialında direktor işləmişəm, 2012-ci ildən bu günədək “Azərsığorta” Dövlət Sığorta Şirkətinin Beyləqan rayon filialının direktoru vəzifəsində çalışıram.
Beyləqan filialı nə vaxdan fəaliyyət göstərir (işçi sayı, göstərdiyi xidmətlər) və region əhalisinə daha çox hansı məhsullar təqdim edir?
Dövlət Sığorta Şirkətinin Beyləqan rayon filialı uzun illərdi 1982-ci ildən 2021-ci ilədək fəaliyətini davam etdirir. Bizim filialın hazırda 2 işçisi var onlardan biri direktor, biri baş mühasib vəzifəsini icra edirlər.
Filialın əməkdaşları tərəfindən vətəndaşlara Dövlət Sığorta Şirkətinin bütün sığorta məhsulları, o cümlədən icbari və könüllü sığorta növləri təklif edilir
Əmlakın icbari sığortası ilə bağlı region əhalisi arasında hansı təbliğat təviqat işləri görülür. Ümumiyyətlə, bu sığorta növü üzrə yığımların artırılması istiqamətində filial tərfindən hansı addımlar atılır?
Ötən illərdə “Daşınmaz əmlakın icbari sığortası” növü ilə bağlı apardığımız maarifləndirmə tədbirləri də artıq öz müsbət nəticəsini verməkdədir. Belə ki, biz rayonun yerli mətbuat orqanında mütəmadi olaraq məqalələr dərc edir, bukletlər paylayır, icazə verilən nəzərə çarpaçaq yerlərdə reklam bilbordları yerləşdiririk.
Həmçinin Beyləqan rayonunda şəhər,kənd, qəsəbə inzibati ərazi nümayəndəliklərində vətəndaşlarla mütəmadi olaraq görüşlər keçiririk. Əlbəttə bu işdə bizə ən böyük dəstəyi ilk öncə Şirkətimiz, həmiçinin rayon İcra hakimiyyətinin səlahiyyətli nümayandələri də edirdilər. Lakin son bir ildə pandemiya ilə əlaqədar olaraq artıq vətəndaşlarla görüşlər keçirə bilmirik. Bunun əvəzində isə yerli mətbuat orqanında daha çox məlumatlandırıcı məqalələr dərc edir, sosial şəbəkələrdə istifadə edərək təbliğatımızı bu şəkildə qururuq.
Xüsusilə qeyd etmək istiyirəm ki, baş vermiş sığorta hadisələrində hadisə yerinə daha tez çatmağımız ,artıq sənədləşmə ,sənəd toplama kimi prosedurlardan vətəndaşları xilas etmək,vətəndaşlara vaxtında edilən sığorta ödənişləri əlbəttə ki,inamı,güvəni artırır.Bütün hallarda Sığorta hadisələrinə obyektiv yanaşma,zərərçəkmiş vətəndaşın mənafelərinin qorunması və nəzər alınması hər zaman sığorta şirkətinə inamı artırmışdır.Çünki,həmin zərərçəkmiş vətəndaşlar da ətrafındakı şəxslərə, yaxınlarına sığortalı olmağın onların həyatında nə qədər vacib olduğunu aşılayır,bizlərə yeni sığorta müştəriləri yöndəndirirlər.Bizim üçün çox sevindirici haldır ki, qurduğumuz düzgün işin sayəsində hər il əmlakın icbari sığortası üzrə yığımı ötən illərər nisbətən nəzər çarpacaq dərəcədə artırır.
Regionda əhali tərəfindən hansı sığorta məhsuluna üstünlük verilir, yəni müştəriləriniz nümayəndəliyinizə daha çox hansı məhsulla bağlı müraciət edir?
Apardığımız maarifləndirmə, sığorta növlərinin təbliğatı nəticəsində artıq vətəndaşlar standart sığorta növlərindən (nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası,daşınmaz əmlakın icbari sığortası nəzərdə tutulur) başqa kasko sığorta növlərinə, fərdi qəza sığortası, fiziki şəxslərə məxsus əmlakın sığortası, əmlakın yağın və digər əlavə risklərdən sığorta, səyahət sığortası,fiziki şəxslərə məxsus kənd təsərrüfatı heyvanlarının sığortası növləri ilə maraqlanıraq filialımıza müraciət edirlər.