Bir müddət əvvəl “Günay Sığorta” şirkətindən uzaqlaşan peşəkar sığortaçı Tural Poladov yeni vəzifəyə təyinat alıb.
FED.az xəbər verir ki, T.Poladov Dövlət Sığorta Şirkətinin Baş Satış Mərkəzinin direktor müavini kimi iyun ayının 1-dən vəzifəsinin icrasına başlayacaq. O yeni vəzifəsini icra etməklə Dövlət Sığorta Şirkətinin Baş Satış Mərkəzində satış kanallarının genişlənməsi işinə, eləcə də sığorta yığımlarının həcminin artırılmasına öz töhfəsini verəcək.
Xatırladaq ki, T.Poladov əvvəllər “Günay Sığorta” şirkətin Satış kanallarının inkişafı və idarə olunması şöbəsinin rəisi vəzifəsində çalışıb. Daha sonra vəzifəsi artırılaraq Satış bloku rəhbərinin müavini olub. Bakı Dövlət Universitetinin məzunu olan T.Poladov Azərbaycan sığorta bazarında peşəkar kadr kimi tanınır və maliyyə sektotunda 10 ilə yaxın təcrübəyə malikdir.
Qeyd edək ki, bir müddət əvvəl "Günay Sığorta" şirkətində çalışmış Əlihüseyn Qasımov "Dövlət Sığorta Şirkəti"nin Baş Satış Mərkəzinin direktoru olub.
"Dövlət Sığorta Şirkəti"ndə yeni təyinat gözlənilir
16:31
29 May 2018