Azərbaycanda son bir il ərzində ən çox sığorta ödənişi edən şirkətin adı məlum olub.
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) sığorta şirkətləri üzrə açıqladığı hesabata əsasən, cari ilin yanvar-fevral aylarında “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən müştərilərə 21,300 mln. manat həcmində sığorta ödənişi edilib.
Aparılan araşdırma nəticəsində məlum olub ki, son bir illə müqayisədə şirkətin sığorta ödənişlərinin həcmi 8 dəfə artıb. Bu artım göstəricisinə görə Dövlət Sığorta Şirkəti ölkənin lider şirkəti hesab olunur.