Noyabrın 29-da Baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclasında dövlətə məxsus olan və holdinqin portfelində yer alan «Azərisığorta» Dövlət Sığorta şirkəti ilə bağlı vəziyyət də müzakirə edilib.
FED.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, iclasda digər məsələlərlə yanaşı, sığorta sektoru ilə bağlı cari məsələlər ətraflı müzakirə olunub.
İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub, Maliyyə və Rəqəmsal inkişaf və nəqliyyat nazirliklərinə, Mərkəzi Banka və AİH-nin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.