Bu gün Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 100 yaşı (1921-2021) tamam olur.
FED.az xəbər verir ki, "Azərsığorta" 21 oktyabr 1921-ci ildə Dövlət Sığorta İdarəsi kimi yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Müstəqilliyini bərpa etdikdən sonra 1992 ci ildən sonra Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti adlandırılmışdır. Bu 100 il ərzində "Azərsığorta"nın bütün rayon və şəhərlərində filiallar və agentliklər şəklində fəaliyyət göstərmişdir, vətəndaşlara sığorta xidmətləri sahəsində imkanlar yaratmışdır. Torpaqlarımızın işğal dövründə Şirkətin bütün Qarabağ regionu üzrə filialları fəaliyyət göstərmiş və hazırda öz fəaliyyətlərini davam etdirirlər.
Hazırda Dövlət Sığorta Şirkəti ölkədə sığorta sahəsi üzrə fəailiyyət göstərən ilk şirkət olmuş və sığorta bazarının peşəkar iştirakçılarında biridir.
Təbi fəlakətlər dövründə baş vermiş sığorta hadisələri zamanı Şirkət sığortalı vətəndaşlara və hüquqi şəxslərə onların sığorta olunmuş əmlaklarının bərpası, təmir edilməsi, yendən qurulması üzrə çoxlu sayda sığorta ödənişləri vermişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması və torpaqlarımızın erməni işğalçılarından azad edilməsində Dövlət Sığorta Şirkəti Şəhidlərimizin ailələrinə və Qazilərimizə sığorta ödənişlərinin verilməsini təmin etmiş, onlara yüksək səviyyədə sığorta qayğısı və xidməti göstərmiş və sığörta ödənişlərini həyata keçirmişdir.
Bu gün Dövlət Sığorta Şirkəti ölkənin bütün ərazisində icbari və könüllü sığortalar üzrə sığorta müqavilələrinin bağlanması və vətəndaşlara sığortanın müxtəlif növlərinə görə xidmətlər göstərilməsini təmin edir. Şirkət ümumilikdə sığorta xidmətləri sahəsində icbari sığortalar üzrə 10 və könüllü sığortalar üzrə isə 28 növ vətəndaşlara və hüquqi şəxslərə sığorta təminatları verir.
Hazırda Dövlət Sığorta Şirkəti Respublikanın bütün ərazisində 78 filialı fəaliyyət göstərir və ümumilikdə böyük bir kollektivə malikdir.