Azərbaycanda qeyri-həyat sığortası üzrə cəmi ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 99 milyon 515 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 28 milyon 683 min manat və ya 40,5% çoxdur.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 70 milyon 831 min manat təşkil edib.