Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 409,567 milyon manat sığorta haqqı toplanılıb.
Sığorta ödənişlərinin həcmi üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-OKTYABR, 2022)
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-oktyabr aylarına nisbətən 30,4% çoxdur.
Ötən 10 ayda qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 388,058 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 0,9% azdır.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 6,5% azalaraq 202,472 milyon manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 15,1% azalaraq 156,825 milyon manata düşüb.
Beləliklə, 2022-ci ilin yanvar-oktyabr aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə 49,4 manat, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə isə 40,4 manat müştərilərə geri ödənilib. Bu rəqəmlər 2021-ci ilin yanvar-oktyabr aylarında müvafiq olaraq 68,9 manat və 47,2 manat olub. (Renkinq)