“AtaSığorta” ASC 2019-cu ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, şirkətdən Fins.az-a verilən məlumata əsasən cari ilin yanvar-sentyabr ayları ərzində şirkətin ümumi sığorta haqqı yığımları 13,7 milyon manatdan çox olub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi sığorta yığımları 2,6 milyon manat (15,8%) azalıb. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sinifi üzrə azalmanın 3,8 milyon manat olmasını nəzərə alsaq, digər sığorta sinifləri üzrə 1,2 milyon manata yaxın artım müşahidə edilməkdədir.
Eləcə də bax:«AzərSığorta»dan şikayət – YANĞIN OLAN EVƏ – ÖDƏNİŞ ETMİR
“AtaSığorta” ASC 2019-cu ilin 9 ayı ərzində 11,2 milyon manata yaxın sığorta ödənişi həyata keçirilib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişlərində artım 4,3 milyon manat (63,5%) olub. Hesabat dövründə şirkətin balans mənfəəti 750 min manatdan çox olub.