Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) sığorta sektoru ilə bağlı attestasiyanın nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, 29 və 30 avqust 2019-cu il tarixlərində sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxslər, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya və aktuari şəhadətnaməsi almaq istəyən şəxslər üçün Maliyyə Bazarlarına Nəzarət Palatasında attestasiya keçirilib.
Nəticələrə əsasən attestasiyada iştirak edən namizədlərdən 4 nəfər keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub. 2 nəfər isə attestasiyanı keçə bilməyib. Maraqlıdır ki, attestasiyanı keçə bilməyənlərdən biri «ATAsığorta»da rəhbər vəzifəyə təyinatı gözənilən Zeynalov Namiq İbrahim oğlu olub. N.Zeynalov şirkətin Təftiş Komissiyasının müstəqil üzvü təyin ediləcəkdi. Attestasiyadan keçməyən digər Ağayeva Aytən Arif qızıdır.
Qeyd edək ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 5.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.
Adı çəkilən şəxslər isə müvafiq olaraq 40 və 50 xal toplaya biliblər. Attestasiyanın nəticələri belədir: