“Ata Sığorta” ASC nizamnamə kapitalını artırıb.
FED.az xəbər verir ki, Sığorta Şirkətinin 184 minlik yeni sənədsiz adlı, adi səhmləri Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən dövlət qeydiyyatın alınıb.
Məlumatda deyilir ki, hər birinin nominal dəyəri 25 manat olan bu səhmlərin ümumi həcmi 4,6 mln. manat edir.
Bununla da “Ata Sığorta” ASC-nin səhm kapitalının həcmi 12,4 mln. manatdan 14,6 mln. manataqədər çatmışdır.
Xatırladaq ki, Sığorta Şirkəti 2004-cü ildən Azərbaycan sığorta bazarındadır və “Ata Holding” MMC S.Ş-də 100% pay sahibidir.