Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 85,7 min cüt ayaqqabı istehsal edilib.
ELƏCƏ DƏ BAX : "SOCAR"ın istehsal etdiyi karbamid Türkiyəyə göndərilib
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin beş ayında istehsal edilən ayaqqabıların sayı ötən ilin müvafiq dövründən 43,3% çox olub.
May ayında ölkədə ayaqqabının qiyməti aprel ayı ilə eyni səviyyədə qalıb. Hesabat dövründə isə ayaqqabının qiyməti illik müqayisədə 1% artıb.