Ötən həftə Türkiyədən Azərbaycana ixrac edilmiş bibərdə qəhvəyi qırış virusu aşkar edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, virus noyabrın 30-da "Best Supply Company", dekabrın 3-də isə "Amotrade" şirkətlərinə məxsus məhsullarda aşkarlanıb. Nümunələr Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına köçürülüb.
Qəhvəyi qırış virusu Almaniya, İspaniya, Hollandiya və Belçika da daxil olmaqla bir çox ölkələrdə yayılıb. Virus bibərdən başqa pomidor, badımcan, kartof və tütünə də yoluxur.