“Sun Food” MMC-nin Agentliyə müraciəti əsasında istifadə müddəti bitmiş və istehlaka yararsız ümumi çəkisi 29 min 624.3 kq müxtəlif növ qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda AQTA əməkdaşlarının iştirakı ilə məhv edilib.
FED.az xəbər verir ki, “SunFood” qida məhsullarının istehsalı və ixracı üzrə ixtisaslaşmış "Azərsun Holdinq"in bir hissəsidir.
Qeyd edək ki, istifadə müddəti bitmiş qida məhsullarının istehsalçı şirkətin öz müraciətilə məhv edilməsi alıcıların sağlamlığına olan diqqətdir.
“Sun Food” MMC şirkəti də son itifadə tarixi keçən və digər səbəblərdən istehlaka yarasız vəziyyətə düşən məhsulları satış mərkəzlərindən geri yığaraq məhv etdirir, əvəzində satışa təzə məhsullar göndərir.