Gürcüstan koronavirus təhlükəsi ilə əlaqədar olaraq ölkə ərazisinə daxil olmaq şərtlərini sərtləşdirib.
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Qrurumlarıarası Koordinasiya Şurasının iclasında qərar qəbul olunub.
Eləcə də bax: Azərbaycan-Gürcüstan sərhədində koronavirusla bağlı - YOXLAMA GÜCLƏNDİRİLİB
Qərara əsasən, Gürcüstana səfər edən yerli və xarici ölkə vətəndaşları ölkəyə daxil olarkən koronavirus tetsindən keçmələri barədə sertifikat təqdim etməli olacaqlar.
Əcnəbilər bu sənədi gəldiyi ölkənin və ya tranzit ölkənin müvafiq laboratoriyasından əldə etməlidir.
Gürcüstana daxil olan şəxslər sərhəd-keçid məntəqələrində intensiv tibbi yoxlanışdan keçiriləcək və məcburi qaydada 14 günlük karantində saxlanılacaqlar.
Report