Azərbaycanda fəaliyyət göstərən əksər sığorta şirkətlərinin aktivləri onların balans kapitalının hesabına formalaşıb. Başqa sözlə, sığortaçıların aktivlərində öhdəliklərin payı elə də çox deyil.
Eləcə də bax: “BakuBus” MMC özünə sığortaçı tapa bilmir - ELAN
FED.az xəbər verir ki, bu il yanvarın 1-nə olan vəziyyət görə, "Naxçıvan Sığorta" ASC istisna olmaqla maliyyə hesabatı vermiş 20 sığorta şirkətindən 4-nün aktivlərində balans kapitalının payı 80%-dən yüksəkdir. Yəni, həmin şirkətlərin öhdəliklərinin aktivlərindəki payı heç 20%-ə də çatmır. Bunlar "Bakı Sığorta", "Rəvan Sığorta", "Amrah Sığorta" və "Xalq Sığorta" ASC-lərdir.
Qalan 16 sığorta şirkətindən 1-də balans kapitalının aktivlərə nisbəti 70-80% arasında, 3 şirkətdə 60-70% arasında, 5 şirkətdə 50-60% arasında, 2 şirkətdə 40-50% arasında, 2 şirkətdə 30-40% arasında, 2 şirkətdə 20-30% arasında, 1 şirkətdə isə 10-20% arasındadır.
Hesabat tarixinə, sığorta sektoru üzrə orta nisbət isə 39,8% - 60,2% olub.
№ |
Sığorta şirkətinin adı |
Şirkətin aktivlərində |
|
Balans kapitalının payı |
Öhdəliklərin payı |
||
1 |
Bakı Sığorta |
87,9% |
12,1% |
2 |
Rəvan Sığorta |
83,9% |
16,1% |
3 |
Amrah Sığorta |
83,6% |
16,4% |
4 |
Xalq Sığorta |
82,2% |
17,8% |
5 |
İpək Yolu Sığorta |
74,3% |
25,7% |
6 |
AXA Mbask |
63,8% |
36,2% |
7 |
Günay Sığorta |
61,8% |
38,2% |
8 |
Azərbaycan Sənaye Sığorta |
61,5% |
38,5% |
9 |
Azsığorta |
56,6% |
43,4% |
10 |
Meqa Sığorta |
56,1% |
43,9% |
11 |
Azərsığorta |
55,5% |
44,5% |
12 |
A-Qrup Sığorta |
55,1% |
44,9% |
13 |
Qala Həyat Sığorta |
54,9% |
45,1% |
14 |
PAŞA Sığorta |
42,9% |
57,1% |
15 |
Qala Sığorta |
41,2% |
58,8% |
16 |
Atasığorta |
32,0% |
68,0% |
17 |
Standard Insurance |
30,3% |
69,7% |
18 |
Atəşgah Sığorta |
28,4% |
71,6% |
19 |
Atəşgah Həyat Sığorta |
21,1% |
78,9% |
20 |
PAŞA Həyat Sığorta |
17,8% |
82,2% |
21 |
Naxçıvan Sığorta |
Açıqlamayıb |
Açıqlamayıb |
|
Orta hesabla |
39,8% |
60,2% |
Eləcə də bax: Azərbaycanda daha bir sığorta və təkrarsığorta brokeri yaradılıb
© "Renkinq"