“TCF BOKT" MMC 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, şirkət hansısa səbəbdən illik hesabati yarımçıq açıqlamağı qərara alıb. Hesabatın böyük hissesi ictimaiyyəta açıqlanmayıb.
FED.az şirkətin yarımçıq hesabatına istinadən xəbər verir ki, 2022-ci ildə BOKT-un faiz gəlirləri 2021-ci illə müqayisədə təqribən 1 milyon manat artaraq 1,9 milyondan 2.8 milyon manata yüksəlib.
Şirkətin faiz xərcləri isə təqribən 2 dəfə artaraq 503 min manatdan 1 milyon manata yüksəlib.
Nəicədə BOKT ili 1 milyon 796 min manat xalis faiz gəliri ilə başa vurub.
Bununla yanaşı, şirkət dəyərsizləşmə üçün ehtiyatların yaradılmasına 588 min manat ayırıb. BOKT-un əməliyyat xərcləri isə 33,5%, yəni 177 min manat artaraq 706 min manata yüksəlib.
«Qohum» şirkətindən faizsiz borc alan «City Finance BOKT»un - VƏZİYYƏTİ MƏLUM OLDU
Nəticədə 2022-ci ildə şirkətin vergidən əvvəlki mənfəəti 503 min manat olub. Bu 2021-ci ill müqayisədə təqribən 2 dəfə aşağıdır – 2021-ci ildə bu göstəric 916 min manat olmuşdu.
234 min manat mənfəət vergisi ödənişindən sonra 2022-ci ildə BOKT-un xalis mənfəəti 270 min manat təşkil edib. 2021-ci illə müqayisədə xalis mənfəət 3 dəfə azalıb.
2022-ci ildə «TCF BOKT» şirkətinin aktivləri demək olar ki, dəyişməyib 16 milyon 665 min manat təşkil edib. Aktivlərin 129 min manatını nağd pul vəsaitləri təşkil edir ki, bu da əvvəlki illə müqayisədə 4,3 dəfə yaxud, 422,1 min manat az deməkdir.
BOKTun kredit portfeli təxminən 12 milyon 426 min manat təşkil edir. Bu göstərici son bir ildə 4,4% yaxud 571 min manat azalıb.
Digər aktivlər 4 milyon manatdır, 2021-ci müqayisədə təqribən 900 min manat artıq.
Şirkətin öhdəlikləri isə 1,9%, yaxud 295 min manata yaxın azalaraq 15 milyon 414 min manata düşüb. Bunun da 10 milyon 79 min manatını borc öhdəlikləri təşkil edir. Lakin son bir illə müqayisə edəndə bu növ öhdəliklər 22 min manata yaxın, başqa sözlə 0,2% aşağı düşüb.
Nəhayət, 2022-ci ildə «TCF BOKT » şirkətinin kapitalı 270 min manata yaxın və ya 27,5% artaraq 1 milyon 251 min manata yüksəlib. Nizamnamə kapitalında heç bir dəyişiklik baş verməyib. 2021-ci ildə olduğu kimi 2022-ci ildə də 450 min manat olaraq qalıb.
Bölüşdürülməmiş mənfəətin həcmi də 50,8%, 270 min manata yaxın min manat artıb və 2022-ci ildə 5 milyon 801 min manata yaxın olub.