Müdafiə Nazirliyi erməni hərbi qulluqçusunun guya Azərbaycan ordusu tərəfindən əsir götürülməsi məlumatı barədə açıqlama yayıb.
FED.az xəbər verir ki, Müdafiə Nazirliyi bu xəbərin yalan olduğunu bildirib: "Erməni hərbi qulluqçusunun bölmələrimiz tərəfindən əsir götürülməsi məlumatı yalandır".
Nazirlik bildirib ki, martın 21-də Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun nəqliyyat vasitəsi ilə guya azaraq Azərbaycan Ordusunun bölmələrinin mövqelərinə yaxınlaşması və bölmələrimiz tərəfindən əsir götürülməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır.