Banner

Qarabağ

Müdafiə Nazirliyi Qarabağdakı xarıcı avtomobillərlə bağlı - RUSİYAYA ETİRAZ EDİB

Müdafiə Nazirliyi Qarabağdakı xarıcı avtomobillərlə bağlı - RUSİYAYA ETİRAZ EDİB | FED.az
15:19 12 Sen 2021

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən FED.az-a  verilən məlumata görə, məktublarda qeyd edilib ki, bu kimi hallar Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentlərinin, Ermənistan baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli Bəyanata ziddir və onların qarşısının alınması xahiş olunub.

Azərbaycan Respublikasının razılığı olmadan digər ölkələrin hüquqi və fiziki şəxsləri və onlara aid nəqliyyat vasitələri Azərbaycan ərazisinə daxil ola bilməz və bu kimi hallar ölkəmizin qanunlarının pozulmasıdır.

Banner
Banner

Digər xəbərlər