2023-cü ildə azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 5 milyard 984 milyon 157 min manat vəsait sərf edilib.
Bu il Cəbrayıl şəhərinə köç olacaq - 712 mənzilli 33 yaşayış binası inşa edilir - FOTO - VİDEO
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu göstəricinin həcmi ötən illə müqayisədə 53.9% və ya 2 milyard 96 milyon 385 min manat çoxdur. Belə ki, 2022-ci ildə azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 3 milyard 887 milyon 771 min manat vəsait yönəldilib.
Qeyd edək ki, bu dövrdə tikinti quraşdırma işlərinə sərf edilən vəsait 2022-ci illə müqayisədə Xocalıda 2056 dəfə, Laçında 5.4 dəfə, Kəlbəcərdə 2.2 dəfə, Ağdamda 76.6%, Qubadlıda isə 63.5% artırılıb.
Əlavə edək ki, hesabat dövründə ən çox vəsait Laçın ( 1 mlrd. 502.3 mln. manat), Kəlbəcər ( 874.2 mln. manat) və Füzuli ( 657.6 mln. manat) rayonlarına ayrılıb. (Apa)
Azad edilmiş ərazilər |
2022-ci il min. manat |
2023-cü il min. manat |
Laçın |
278751,9 |
1502394,3 |
Kəlbəcər |
402411,3 |
874208,2 |
Füzuli |
543061,3 |
657618,5 |
Şuşa |
699785,8 |
614563,6 |
Zəngilan |
715652,6 |
587663,9 |
Ağdam |
309164 |
545977,2 |
Cəbrayıl |
596027,9 |
506016,1 |
Xocalı |
147,8 |
303982,1 |
Qubadlı |
170838,7 |
279382,8 |
Xocavənd |
171930,1 |
112319,1 |
Xankəndi |
31,5 |