Prezident İlham Əliyev Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
FED.az xəbər verir ki,sərəncamla Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,3 milyon manatı ayrılıb.
Prezident Bakının bu rayonu üçün pul ayırdı - SƏRƏNCAM
13:15
28 Mart 2019