Prezident İlham Əliyevin fərmanı ilə fevralın 6-da yaradılmış Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinə rəhbər təyin edilib.
FED.az xəbər verir ki, dövlət başçısının bu gün imzaladığı sərəncamla Fərid Rauf oğlu Şəfiyev Mərkəzin idarə heyətinin sədri təyin edilib.
Qeyd edək ki, F.Şəfiyev bu günədək Azərbaycanın Çexiyadakı səfiri idi, dövlət başçısının digər sərəncamı ilə o səfir vəzifəsindən geri çağrılıb.
Dövlət başçısı Mərkəzin yaradılması haqqında fərmana da dəyişiklik edib. Dəyişikliyə əsasən Mərkəzə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirir.
Eləcə də bax:Nazirə yeni müavin təyin olundu - SƏRƏNCAM
Prezident səfiri geri çağırıb Mərkəzə rəhbər – TƏYİN ETDİ
15:09
19 Fev 2019