“Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil”.
FED.az-ın məlumatına görə, bunu bu gün Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
ELƏCƏ DƏ BAX: İlham Əliyev 2019-cu ilin adını elan etdi
Keçən il iqtisadi inkişaf baxımından uğurlu il olduğunu qeyd edən dövlət başçısı 2018-ci ilin dərin iqtisadi islahatlar ili olduğunu və bu islahatların nəticələrini indi hər kəsin gördüyünü söyləyib. Prezident vurğulayıb ki, büdcəmizə daxilolmalar böyük dərəcədə artıb. İqtisadi islahatların əsas məqsədi bu sahədə şəffaflığı tam təmin etməkdir, xoşagəlməz hallara qarşı mübarizəni gücləndirməkdir və beləliklə, ölkəmizin uğurlu inkişafını sürətləndirməkdir.
“Deyə bilərəm ki, beynəlxalq təşkilatlar, aparıcı maliyyə qurumları Azərbaycanda gedən prosesləri çox böyük maraqla izləyirlər və bizim işimizə çox yüksək qiymət verirlər. Mən xüsusi qeyd etməliyəm ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan dünya miqyasında 25-ci yerdədir. İl ərzində biz 32 pillə irəliyə getmişik. Hesab edirəm ki, bu, rekord göstəricidir. Biznesi aparmaq üçün yaradılan şəraitə görə dünya miqyasında 25-ci yerdə olmaq böyük nailiyyətdir”, - deyə Prezident qeyd edib.
Bu, rekord göstəricidir – PREZİDENT
21:06
11 Yan 2019