Məşhur biznesmen və milyarder Tim Draper 2022-ci ilə qədər bitkoinin dəyərinin 250 min dollara çatacağını deyib.
ELƏCƏ DƏ BAX: Bitcoin bahalaşıb – QİYMƏT
"FED.az-ın məlumatına görə, Portuqaliyanın paytaxtı Lissabonda təşkil olunan "Web Texnologiya Zirvəsi"ndə danışan Draper bitkoinin 2022-ci ilə qədər 250 min dollara qədər bahalaşacağını bildirib.
Milyarder bitkoinin qiymətindəki bahalaşmanın 2022-ci ilə qədər və ya 2023-cü ildə gerçəkləşəcəyini qeyd edib: “Bitkoinin 250 min dollara bərabər olacağı ilə bağlı proqnozlar sağlamdır, lakin kriptovalyutanın bu səviyyəyə necə çatacağını tam olaraq bilmirəm".
Qeyd edək ki, kriptovalyutalara etdiyi sərmayələrlə tanınan biznesmen 2014-cü ildə dəyəri 320 dollar olan bitkoinin 2017-ci ildə 10 min dollardan baha olacağı təxminini irəli sürmüş və proqnozu həqiqət olmuşdu.
finans.az
Milyarderdən bitkoin barədə - FANTASTİK PROQNOZ
20:20
12 Noy 2018