Son bir sutka ərzində, dünyanın əsas kriptovalyutası sayılan Bitcoinin qiyməti artıb.
FED.az xəbər verir ki, Bitcoinin qiyməti   bu gün 0,24% artaraq  6 420 dollar  olub.
Eyni zamanda Etherum da dəyər qazanıb, Bitcoin Cash isə dəyər itirib.
Belə ki, Bitcoin cash 5,50% azalaraq 517 dollar, Etherum  isə  0,10% artaraq 211 dollar təşkil edib.
Ümumilikdə isə bazar dəyərinə görə dünyanın 100 əsas kriptovalyutasından 33-ü  bahalaşıb qalan 67- ı isə ucuzlaşıb.
Hazırda kriptovalyuta bazarının ümumi dəyəri 212 833 586 746 $ -dır.
 
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir
 
 
                                                    
                                                    
                    Bitcoin bahalaşıb – QİYMƏT
                            
                            
                        
                            09:35
                            12 Noy 2018
                        
                        




                
                
                
                
                
                
                
                
                
                
                
                







