Azərbaycan Beynəlxalq Bankında yeni təyinat olub. Nərgizxanım Aqşin qızı Biləndərli bankın Korporativ biznes üzrə Baş direktoru vəzifəsinə təyin edilib.
Bu barədə FED.az-aya Bankdan bildirilib.
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinin məzunu olan Nərgizxanım Biləndərli bank sektorunda 1995-ci ildən fəaliyyət göstərir. Bu müddətdə Azərbaycan Beynəlxalq Bankında, Bank of Baku-da, Bank Standard-da müxtəlif vəzifələrdə, o cümlədən Müştəri xidməti departamentinin direktoru və İdarə Heyəti sədrinin müavini vəzifələrində işləyib. Son təyinata qədər isə Bank VTB (Azərbaycan)-da çalışıb.