Türkiyədə seçkilərə bir həftədən də az vaxt qalmış maliyyə bazarlarında gərginlik yaşanır. FED.az xəbər verir ki, qardaş ölkədə xarici valyutaların məzənnəsi yenidən sürətlə artmağa başlayıb. Belə ki, 1 ABŞ dolları 4,74 lirəyə, 1 avro 5,51 lirəyə, 1 funt sterlinq isə 6,27 lirəyə yüksəlib.
Xatırladaq ki, Türkiyədə xarici valyutaların davamlı bahalaşması bir ildən artıqdır ki, davam edir. Əgər ötən ili bu günü 1 dolar 3,52 lirə idisə, indiyədək bu məzənnə 34% bahalaşaraq 4,7 lirəyə çatıb.
Türkiyə Mərkəzi Bankı faizi kəskin artırdı - LİRƏ BAHALAŞIR
Türkiyə Mərkəzi Bankının (TMB) atdığı addımlar da dolların və digər valyutaların məzənnəsinin artmasının qarşısını ala bilməyib. Belə ki, bir qədər əvvəl TMB ölkədə uçot dərəcəsini 13,5%-dən 16,5%-ə, sonra isə daha 1,25% artıraqaq 17,75%-ə qaldırıb.
Türkiyədə vəziyyəti dəyişən - 4 BÖYÜK ŞİRKƏT
Paralel olaraq Türkiyə hökuməti xariclə əməliyyatalar aparan şirkətlər üçün xarici valyutaların vahid idxal-ixrac məzənnəsini müəyyən edib.
Belə ki, TMB-nin açıqlamasına görə, mayın 25-dən iyulun 31-də qədar olan müddətdə ixracat və məzənnə xidmətləri göstərən qurumlar üçün kreditlərin valtında ödənilməsi halında ABŞ dolları üçün 4,2 lirə, avro üçün 4,9 lirə, ingilis fntu üçün isə 5,6 lirə məzənnə tətbiq ediləcək.
İstanbulda evlər 70-80% bahalaşıb – QİYMƏTLƏR
Bu tədbirlərin hər birindən sonra lirənin məzənnəsi sabitləşib və dolların nisbətən ucuzlaşması qeydə alınsa da, sonda xarici valyutaların bahalaşmasınının qarşısını almaq mümkün olmayıb. Ekspertlər qarşıdakı 1 həftənin Türkiyə maliyyə bazarları üçün olduqca gərgin keçəcəyini bildirirlər.
Türkiyədə xarici valyutalara yeni məzənnə – SƏRT SİYASƏT BAŞLAYIR
Türkiyədə dollar kəskin bahalaşdı – SON MƏZƏNNƏLƏR
11:02
19 İyun 2018