İstanbulun bəzi bölgələrində evlərin, mənzillərin və torpaqların qiyməti kəskin artıb. FED.az-ın Türkiyə bürosunun məlumatına görə, qiymət artımının əsas səbəbi bu ilin oktyabrında işə düşməsi gözlənilən 3-cü hava limanının tikintisidir. Yeni hava limanının işə düşməsi Türkiyənin ən böyük şəhəri və əmlak bazarında qiymətləri tavana cıxarıb.
Eləcə də bax: "Çinar" hərraca çıxarılır
Xatırladaq ki, hazırda İstanbulda 2 hava limanı var. Bunlar Atatürk və Sabiha Gökçən hava limanlarıdır. 3-cü hava limanının tikintisinə bir qədər əvvəl başlanıb və artıq oktyabr ayında yeni aeroport istifadəyə veriləcək. Nəticədə Atatürk aeroportu yalnız yük daşımaları üçün istifadəyə veriləcək. Tikintisi başa çatdıqda dünyanın ən yüksək sərnişin tutumlu havalimanı olması gözlənilən İstanbulun 3-cü hava limanı ildə 200 milyon sərnişini qəbul edə biləcək.
Yeni aeroportun tikintisi ölkənin nəqliyat sektoru ilə yanaşı əmlak bazarını da «partladıb». Hava limanının tikintisi ilə bağıl müzakirələrin başlandığı və tikinti dövründə burada əmlakların qiyməti sürətlə artmaqdadır. Bahalaşma ən çox aeroporta yaxın ərazilərdə hiss olunur.
FED.az-ın Türkiyə bürosunun məlumatına görə, ən çox bahalaşma yeni aeroportun yaxınlığında olan Çatalcaya aiddir. Burada əmlakın satış qiymətləri son 1 ildə təxminən 76%, Eyüp bölgəsində isə yüzdə 30% artıb.
Qiymət artımı özünü kirayə haqlarında da göstərib. Orta kirayə qiymətləri Arnavutköy və Çatalca 1 000 lirə, Eyüpdə 3 000 lirə, Sarıyerdə isə 4 000 lirəyə yüksəlib.
Son məlumatlarına görə Arnavutköydə əmlakın satış qiyməti 4,6% artaraq, orta satış qiyməti 313,5 min lirəyə yüksəlib. Burada kvadratmetrin qiyməti isə 24,5% artaraqorta hesabla 2,2 min lirəyə çatıb.
Eləcə də bax: Bu da Bakının yeni Baş planı - VİDEO
Sahibindex Əmlak indeksinin araşdırmalarına görə, hava limanının canlandırdığı Çatalcada kirayəlik əmlak qiymətləri ötən ilə nisbətən 28,3% yüksəlib.
Satiliq mənzil qiymətlərində isə artım 76,5% artaraq ortalama qiymət 456 min lirəyə çatıb. Burada mənzillərin 1 kvadratmetrinin qiyməti 4124 lirəyə yüksəlib.
İstanbulun ən böyük rayonu sayılan Eyüpdə də əmlak qiymətlərində artımlar yaşanıb. Eyub Silahtaraga əmlakçıcı Gökan Kaptan FED.az-a bildirib ki, bu bölgədə kirayəlik əmlaklar 5,62% artıb və ortalama 3 277 lirə olub.
Eyüpdə satlıq əmlakların qiymətində də 30% artım baş verib və qiymətlər 682,5 min lirəyə yüksəlib. Burada mənzillərin kvadratmetrinin qiyməti 32% yüksələrək 4,5 minə qalxıb.
Mütəxəssislərin araşdırmasına görə, bu artımdan ən yaxşı qazancı yeni aeroprtun yaxınlığındakı əmlak sahibləri götürür.
İstanbul İnşaatçılar Dərnəyi İdarə heyəti Başçısı Nazmi Durbakayım bildiri ki, əmlakın qiymətinə təkcə yeni hava limanı deyil, bütün meqa layihələr təsir edir: «Marmaray və Metrobüs kimi nəqliyyat layihələrinin bölgədəki mənzil qiymətlərini 75%-ə, üçüncü Boğaz körpüsü və yeni hava limanı isə torpaq qiymətlərini 3 qat artırıb".
Eləcə də bax: 190 azərbaycanlı Alanyada villa alıb - QİYMƏTLƏR
Yeri gəlmişkən, üçüncü hava limanın yaxınlığında 50 minə yaxın qeydiyyatda olan əmlak var. Bunların 45 minə yaxını mənzillərdir.
Qeyd edim ki, üçüncü havalimanı tamamlandığında illik 200 milyon sərnişin tutumuna sahib olacaq. Inşaatında istifadə ediləcək dəmir polad miqdarının 350 min tona, alüminium vəsaitin 10 min tona, şüşənin isə 415 min kvadrat metrə çatması gözlənilən layihə, 4 etapda tamamlanacaq. Yeni havalimanı tamamlandığında 165 sərnişin körpüsü, aralarında qatar xətti hərəkət edən 4 ayrı terminal binası, 3 texniki blok və hava trafik nəzarət qülləsi, 8 nəzarət qülləsi, 16 taksi yolu, 500 təyyarə park tutumlu ümumi 6,5 milyon kvadrat metr böyüklüyündə ərazi, şərəf salonu, yük və ümumi aviasiya terminalı, dövlət qonaq evi, təxminən 70 min avtomobil tutumlu açıq və bağlı avtopark, aviasiya tibb mərkəzi, otellər, xilasetmə və qaraj mərkəzi, ibadət, konqres mərkəzi, güc stansiyaları, təmizlənmə və zibil silinmə təsisləri kimi köməkçi zavodlarda meydana gələcək.İnsaat xərcinin 10 milyard 247 milyon avro olması nəzərdə tutulan havalımanının bu ilin sonunda tamamlanması hədəflənir.