Son iki gündə banklarda dollar alışı artıb. FED.az xəbər verir ki, banklar dolların satış həcminin təxminən 3 dəfə artdığını bildirirlər.
Qonşularımız Türkiyə və Rusiyada milli valyutanın dəyərdən düşməsindən narahat olan azərbaycanlılar dollar almaq üçün banklara üz tutublar. Bu isə uzun müddətdir ki, valyutadəyişmə məntəqələrinin qarşısında görünməyən növbələri yenidən yaradıb.
Bank filiallarından əldə etdiyimiz məlumata görə, artıq iki gündür ki, həm dollar alanların sayında, həm də alınan dolların məbləğində artım nüşahidə olunur.
Eləcə də bax: Azərbaycanda da dollar bahalaşa bilərmi? - EKSPERTDƏN AÇIQLAMA
Banklardan birindən 330 min dollar almaq istəyən olub. Bəzi filiallar isə yalnız 5 min dollar həcmində kiçik satışlar həyata keçirib. Günün ikinci yarısından sonra isə “dollar yoxdur”, cavabı alanlar belə olub.
Ölkənin ən böyük banklarından biri olan “Kapital Bank”ın mətbuat xidmətinin rəhbəri Pərviz Sədrəddinovun sözlərinə görə, bank müştərilərə dollar satışını gün ərzində daimi olaraq həyata keçirib. Dollar satışında heç bir limit tətbiq edilməyib və müştərilər istədikləri qədər dollar ala biliblər.
Qeyd edək ki, hazırda Beynəlxalq Bankda dolların alışı 1.6750, satış qiyməti 1.7030, Kapital Bankda isə alış 1.6970, satış 1.7020-dir.
İlhamə Abdullayeva
İstədikləri qədər dollar ala biliblər – BANKDAN AÇIQLAMA
15:56
10 Aprel 2018