Almaniyanın ən böyük hava yolu şirkəti Lufthansa, koronavirus pandemiyası ilə əlaqədar olaraq başlayan tənəzzülünü Almaniya hökumətindən aldığı 9 milyard avroluq dəstəyə baxmayaraq dayandıra bilir.
Eləcə də bax: "Lufthansa" Almaniyanın əsas fond indeksini - TƏRK EDİR
FED.az xəbər verir ki, Lufthansa, işdən çıxarmağı planlaşdırdığı işçi sayını 22 mindən 28 minə yüksəltdiyini açıqlayıb.
Lufthansa, qış aylarında uçmaq istəyənlərin sayının gözləniləndən daha aşağı olacağından 760 təyyarədən 150-sini angara çəkərək 610 təyyarə ilə xidmət göstərəcəyini açıqlayıb.
Şirkət hər ay təxminən 500 milyon avro zərər etdiyini də açıqlayıb.
Lufthansa 2019-cu ildə 71 milyon sərnişin daşımış, 42 milyard 659 milyon Avro gəlir əldə etmişdi. (Marja)