Yanvarın 21-dən etibarən Sumqayıt-Bakı marşrut xətti üzrə sərnişinlərin ekspres avtobuslarla daşınmasına başlanılıb.
FED.az xəbər verir ki, yeni avtobusların marşrutu Bakı Avtovağzalından Sumqayıt Avtovağzalına və əks istiqamətdədir.
Marşrut üzrə gediş haqqi 80 qəpik təşkil edir və ödəniş nağdsız qaydada həyata keçirilir. Marşrut “Baku Bus” MMC tərəfindən təşkil edilib.
Yeni marşrut xəttinin dayanacaqları: Bakı Beynəlxalq Avtovağzal Kompleksi - “Avtovağzal” m/st - Ceyranbatan qəsəbəsi - Sumqayıt dairəsi - Bağçalı evlər yaşayış kompleksi - Sumqayıt avtovağzalıdır.
Gün ərzində avtobuslar hər 11 dəqiqədən bir, pik saatlarda isə 7-8 dəqiqədən bir çıxacaq. Səhər Sumqayıtdan ilk çıxış 5:50, Bakıdan 6:30, axşam Bakıdan son çıxış 23:00, Sumqayıtdan son çıxış 22:20-də olacaq.
Qeyd edək ki, “BakıKart”ın balansını artırmaq üçün həm Bakı Beynəlxalq Avtovağzal Kompleksi, həm də Sumqayıt avtovağzalında ödəniş terminalları yerləşdirilib. Sərnişinlər, həmçinin “BakıKart” mobil tətbiqi üzərindən QR kod vasitəsilə də ödənişlərini edə bilərlər.
Qeyd edək ki, hər biri 48 oturacaqdan ibarət olan avtobuslarda sərnişinlərin yüklərini yerləşdirə bilmələri üçün baqaj bölməsi də var.