Bakı Nəqliyyat Agentliyi (BNA) xüsusi karantin rejimində Bakıda sərnişindaşımada olan vəziyyəti açıqlayıb.
Eləcə də bax: Bakı Nəqliyyat Agentliyi daşıyıcıların sayını - ENDİRİB
FED.az xəbər verir ki, bu gün keçirilən onlayn mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, karantin günlərində 7 ekspres xətt üzrə 100-ə yaxın avtobus fəaliyyət göstərir:
"Daha 100 avtobus isə ehtiyatda saxlanılıb. Ölkədə xüsusi karantin rejimi tətbiq edilsə də, səhər və axşam saatlarında avtobuslarda hələ də sıxlıq müşahidə olunur, çünki sərnişin axını çoxdur.
Qeyd edim ki, aprelin 1-də 614 142 sərnişin daşınıb. Aprelin 3-də 550-570 min nəfər, ayın 4-də 490 200 nəfər, 5-də 177 209 nəfər, ayın 6-7-də 370-390 min nəfər, aprelin 8-də isə 420 701 nəfər sərnişin daşınıb".