Azərbaycanda başda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) olmaqla dövlət qurumlarının baş sındırdığı ictimai nəqliyyatda gediş haqqı problemini ölkəmizdən qat-qat az resurslara malik olan qonşu Gürcüstan çoxdan həll edib.
AYNA-nın etmədiyini Gürcüstanda çoxdan ediblər - 1: Cəmi 70 qəpiyə 5-6 dəfə avtobusa minmək olur
FED.az-ın Gürcüstan müxbirinin məlumatına görə, qonşu ölkədə artıq bir neçə ildir ki, əhalinin müxtəlif təbəqələrinə – pensiyaçılar, şagirdlər və tələbələrə (şagirdlər və tələbələr üçün ayrıca! – FED.az) gediş haqqı ilə bağlı böyük endirimlər tətbiq edilib.
Belə ki, məktəblilər, tələbələr və pensiyaçılar (65 yaşdan yuxarı) avtobuslarda gediş haqqı güzəştləri var. Məktəblilər üçün avtobus-metro ümumiyyətlə pulsuzdur, yuxarı sinif şagirdləri, cəmi 10 tetri (7 qəpik), tələbələr və pensionerlər isə 20 tetri ödəyirlər.
Yeri gəlmişkən, bir dəfə ödəniş edib 1,5 saat pulsuz səyahət qaydası məktəbli, tələbə və pensiyaçılara da aiddir. Onlar da qanunla nəzərdə tutulan ödənişlərini 20 tetrini (14-15 qəpik edir – FED.az) ödəyib 1,5 saat bitənədək pulsuz hərəkət edə bilirlər.
Lakin rayonlardan gələn pensionerlərə belə güzəştlər yoxdur və onlar digər sərnişinlər kimi 1 lari miqdarında gediş haqqı ödəyirlər.
Bu sistemdə ciddi nəzarət də var - kartdan istifadə etməyən sərnişinlər tutulsa, 20 lari cərimə olunurlar.












