Azərbaycanda başda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) olmaqla müxtəlif qurumların baş sındırdığı ictimai nəqliyyatda gediş haqqı problemini qonşu Gürcüstan artıq bir neçə ildir ki, həll edib.
FED.az-ın Gürcüstan müxbirinin məlumatına görə, qonşu ölkədə, daha dəqiqi paytaxt Tbilisi də artıq bir neçə ildir ki, ictimai nəqliyyatda müddətli ödəniş sistemi tətbiq edilib.
AYNA taksilərin necə seçiləcəyini açıqladı - VACİB MƏLUMAT
Bu sistemin mahiyyəti ondan ibarətdir ki, istənilən şəxs nəqliyyatda gediş haqqı kartı alır, avtobus və ya metroya mindikdə bu kartla ödəniş edir, və qarşıdakı 1,5 saat ərzində pulsuz olaraq istənilən qədər avtobus, metro, mikroavtobus dəyişə bilər. 1,5 saat bitdikdə isə o yenidən avtobus və ya metroya daxil olanda növbəti dəfə ödəniş etməli olacaq.
Yollardakı elektron tərəzilər yükü artıq hesablayır? - AYNA-dan ŞİKAYƏT - VİDEO
Məsələn, sərnişin Tbilisinin Poniçala qəsəbəsindən şəhərin ən uzaq nöqtəsi hesab olunan Tbilisi Moll-a qədər gedir və 35-40 dəqiqə vaxt sərf edir. Əgər işini tez bitirib, yəni onun üçün müəyyən olunmuş 1 sat 30 dəqiqəlik vaxt ərzində başqa avtobusla belə, yenidən Poniçalaya qayıtdıqda pul ödəmir. Gediş kartını avtobuslarda quraşdırlımış (bütün şəhərdaxili avtobus, metro və mikroavtobuslarda xüsusi aparat quraşdırılıb) xüsusi qurğuya yaxışlaşdırdıqda, o, qeydiyyata alınır, lakin kartdan pul silinmir. Artıq bu qaydadan təkcə xüsusi kartlar deyil, maaş kartlarından da istifadə etmək mümkündür.
Bu sistemin sərnişinlər üçün nə qədər sərfəli olduğunun Azərbaycan oxucuları üçün aydın olması üçün misallarla müqayisəli izah edək.
Tutaq ki, Bakıda kimsə, saat 10-00-da Yeni Yasamaldan «İnşaatçılar» metro stansiyasına, oradan metro ilə «Xəzər» metro stansiyasına, «Xəzər»dən isə yenidən avtobusla Sabunçuya gedirsə, 3 dəfə gediş haqqı ödəməlidir – avtobus+metr+avtobus, hər dəfə 60 qəpik ödəyəndə bu adamın Yasmal Sabunçu səyahəti toplam 1,8 manata başa gəlir.
Avtobuslarda qiymət artıb, bəs keyfiyyət? - Nə oturmağa, nə də dayanmağa yer var - VİDEO
Gürcüstandakı sistemdə isə hesablama fərqlidir. Burada sərnişin saat 10-00-da bir dəfə ödəniş edib avtobus və ya metroya daxil olubsa, qarşıdakı saat yarım ərzində, yəni saat 11-30-a qədər avtobus, metro və sair ictimai nəqliyyatdən istədiyi dəfə istifadə edirsə ödəniş etmir. Yalnız 1,5 saatlıq müddət başa çatandan sərnişin yenidən gediş haqqı ödəyir və növbəti 1,5 saat ödənişsiz hərəkət edir.
Gürcüstandakı sistemi bizim Yasamal misalı üzərindən izah etsək, sərnişin saat 10-00-da 1 lari və ya 70 qəpik ödəyərək Yeni Yasamalda avtobusa minib «İnşaatçılar» metrosuna gəlir, onun yolu cəmi 10-15 dəqiqə çəkdiyi üçün saat 10-15-də «İnşaatçılar»da metroya pulsuz daxil olur, buradan «Xəzər» stansiyasına gedir, bu yol cəmi 25-30 dəqiqə davam edir. «Xəzər» stansiyasında saat 10-45 və ya saat 10-50-də metrodan düşüb Sabunçuya gedən avtobusa minəndə də gediş haqqı ödəmir. Çünki «Xəzər»də avtobusa minəndə saat hələ 11-30 olmayıb. Bu hesabla, sərnişin hətta Sabunçuda da hansısa avtobusa pulsuz minə bilər, çünki hələ saat 11-30 olmayıb.
Nəticədə AYNA-nın idarə etdiyi sistemlə Bakıda Yeni Yasamal-“İnşaatçılar” metrosu-Sabunçu yolu sərnişinə 1,8 manata başa gəldiyi halda, göstərilən misaldakı «Gürcüstan variantında» bu, cəmi 70 qəpiyə başa gəlir, yəni 1,1 manat daha ucuz. Bu yolla geri qayıtmağı da nəzərə alsaq, gündəlik qənaət 2,2 manat, aylıq isə təqribən 66 manat qənaət deməkdir.
Bu hesablama bir nəfərin gün ərzində bir dəfə gedib qayıtması üçündür, günün başqa vaxtlarında da səyahət edəndə qənaət edilən məbləğ daha böyük olur.












