Yük maşınlarının sürücüləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) nəzarət etdiyi yollardakı tərəzilərdən şikayət edirlər.
AYNA Bakı şəhərində limitdən artıq 10 min taksini – HANSI ÜSULLA AZALDACAĞINI GİZLƏDİR? - YENİLƏNİB
Sürücülər bildirirlər ki, yük təhvil alınanda və veriləndə eyni çəki olur, amma yoldakı tərəzi artıq göstərir. Nəticədə cərimə yazılır. Bəs yollardakı tərəzilərin problemi niyə həll edilmir?
FED.az-ın məlumatına görə, Ağcabədidə olan yük avtomobillərinin sürücüləri – Elnur Rüstəmov və Xəqani Quliyev yollarda qurulan elektron tərəzilərin yükü artıq hesabladığını iddia edirlər. Sürücülər hətta tələb olunandan 500 kiloqram az yük vurur, buna baxmayaraq, yükün 3-4 ton artıq olması səbəbilə 600 manat cərimə edilirlər.
"Əlavə cərimə hesablanmasın deyə, normadan 500 kiloqram az yük vururlar, Buna baxmayaraq maşındakı yükün normadan guya 3-4 ton artıq olması səbəbilə 600 manat cərimə gəlib".
Ağcabədidən olan yük avtomobillərinin sürücüləri yollarda qurulan elektron tərəzilərin yükü artıq hesabladığını bildirirlər. Sürücülər bildirir ki, maşina əlavə vurulan 3 ton yük cəmi 25-28 manat gəlir gətirir, bunu bildikləri halda heç vaxt artıq yük daşıyaraq cərimə ilə üzləşmək istəmirlər.
Sürücülər bildirir ki, cərimə ilə üzləşməmək üçün nəinki normaya uyğun yük vururlar, hətta hər ehtimala qarşı yükü normadan da 500 kiloqram az edirlər ki, cərimə ilə üzləşməsinlər.
Sürücülərin narazılığının əsas səbəbi yollardakı tərəzilərin maşındakı yükü olduğundan artıq göstərməsidir. Onların sözlərinə görə, bu halla ilk dəfə deyil rastlaşırlar, buna görə də özlərini sığortalamaq üçün maşina normadan da az yük vururlar.
Sürcülərdən biri bildirir ki, Ağcabədidən Şirvan şəhərinə yük daşıyarkən yola düşməzdən əvvəl ilkin çəkidə avtomobildə 25 ton 600 kiloqram yük olduğu qeydə alınıb. AYNA-nın tərəzisi isə maşının çəkisini 3 ton artıq – 28 ton 660 kiloqram olduğunu qeydə alıb.
Məsələ ilə bağlı AYNA-nın cavabı həmişəki kimi standart olub: "Bununla bağlı bütün parametrlər Nazirlər Kabinetinin müvafiq qərarında göstərilib və elektron tərəzilərin alqoritmində əks olunub. Avtomobillər elektron tərəzilərdən keçərkən həmin alqoritmlər əsasında ölçmə aparılır. Göstərilən həddi keçən yük avtomobilləri barəsində inzibati tənbeh tədbirləri görülür (yəni cərimə yazılır - FED.az)".












