Aeroportlarda VİP-dən istifadə etmək hüququ olan şəxslərin siyahısı genişlənib.
FED.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edib.
Bu siyahıya Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə müdiri, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini” sözləri, Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini, Azərbaycan Prezidentinin Administrasiyasında şöbə müdirinin müavini əlavə edilib.