Bu ilin yanvar-mart aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9,4 % artaraq 3 milyard 334,7 milyon manat olub.
Bu barədə FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
I rübdə hüquqi şəxslər əhaliyə 2 milyard 530,4 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,9 %-ini təşkil edib.
Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 326 manatlıq və yaxud 1 il əvvələ nisbətən nominal ifadədə 48,4 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.