"Bakı Metropoliteni" QSC müxtəlif ölçülü keramik plitələrin satın alınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1402871431
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri,Nəsimi r-nu M.Rəfili 16
Müsabiqənin başlama tarixi və vaxtı: 16.06.2023 10:30
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 12.07.2023 11:30
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 20.07.2023 11:30
Zərflərin açılış tarixi və vaxtı: 21.07.2023 11:30
-Müqavilə üzrə ödəniş, hissə-hissə, mərhələlərlə, və ya tam şəkildə göstərilmiş işin faktiki olaraq Sifarişçiyə təhvil verildikdən sonra təqdim etdiyi sənədlər əsasında ( hesab-faktura, forma-2 və s sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 (on beş) bank günündən gec olmamaq şərti ilə aparılacaq. -Azərbaycan Respublikasının Qanunvericiliyində tutulmuş qaydada müqavilə qiymətinin 30% (otuz) həcmində avans ödənilə bilər. Avans məbləğinə İddiaçı tərəfindən 100% (yüz) həcmində bank zəmanəti təqdim olunmalıdır.
Çatdırılma yeri - "Bakı Mteropoliteni" QSC-nin anbarları
Çatdırılma müddəti - Müqavilə hər iki tərəfin imzalaması ilə qüvvəyə minir və 1 (bir) il müddətinə qüvvədə qalır, zəmanət hissəsində isə zəmanət müddəti bitənədək.
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Maliyyə vəziyyəti haqqında bank arayışı. Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı (hesab qalığı göstərilməklə olmalıdır)
Uyğunluq haqqında məlumat Əlavə No.4
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Elvin Bagirov, Satınalmaların təşkli və müqavilər şöbəsinin rəisi
Email: [email protected]
Əlaqə telefonu: 012-490-01-01
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Keramik plitə 60x120 |
Keramik plitə 60x120 |
1.000 |
m(2) |
2 |
Keramik plitə 60x60 |
Keramik plitə 60x60 |
1.000 |
m(2) |
3 |
Keramik plitə 60x30 |
Keramik plitə 60x30 |
1.500 |
m(2) |
4 |
Keramik plitə 40x40 |
Keramik plitə 40x40 |
2.000 |
m(2) |
5 |
Keramik plitə 33x33 |
Keramik plitə 33x33 |
2.000 |
m(2) |