Bu ilin yanvar-mart ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 2480 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib.
Kənd təsərrüfatı kreditləşməsində dövlət zəmanətinin rolu artacaq
FED.az xəbər verir ki, Aqrar Tədqiqatlar Mərkəzinin hesabatına görə, hesabat dövründə aqrar sektorda fəaliyyət göstərən şəxslərə 1036 müraciət üzrə 19,6 milyon manat məbləğində güzəştli kredit verilib. 2024-cü ilin müvafiq dövrünün göstəricilərinə nisbətdə güzəştli kredit alanların sayı 28,4 faiz, kredit məbləği isə 19,5 faiz artıb.
Verilən kreditlərin 19,5 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 50 min manatı güzəştli kreditlər, 78 min manatı isə mikrokreditlərdir.