Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda qapalı (otaqda) və açıq (çöldə) məkanlarda istifadə üçün mexaniki və sanitar-təchizatlı təkərli oturacaqlar nəzərdə tutulur.
Müsbaiqədə iştirak haqqı 1 500 manatdır.
Satınalan təşkilatın ünvanı: Bakı ş.,S.Ə.Şirvani 3
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 11.07.2023 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 19.07.2023 15:00
Zərflərin açılış tarixi və vaxtı: 20.07.2023 15:00
Əlaqələndirici şəxs: SƏADƏT BAXŞƏLİYEVA
Əlaqələndirici şəxsin nömrəsi: +994774899000
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər
- İddiaçının tam adı hüquqi statusu,nizamnaməsi qeydiyatdan keçdiyi ölkə və rekvizitlər
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi
- Tender təklifi (zərflərin açıldığı gündən qüvvədə olma müddəti) 60 bank günü
- Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təminatın qüvvədə olma müddəti (zərflərin açılış tarixindən sonra) 30 bank günü
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
- Satınalan təşkilatın müəyyən etdiyi digər sənədlər
- İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 1. tenderdə iştirak etmək üçün ərizə; 2. iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi; 3. iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (sənədin originalı təqdim edilməlidir və ya surəti olduğu təqdirdə notarial qaydada təsdiq edilməlidir); 4. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə müvafiq vergi orqanından alınmış arayış (sənədin originalı təqdim edilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial qaydada təsdiq edilməsi mütləqdir. Arayışın tarixi elan verilən ayı və sonrakı dövrü əhatə etməlidir); 5. satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması (müvafiq təsdiq edici sənədlər təqdim edilməlidir). 6. öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması (uçotda olduğu vergi orqanından alınmalıdır, əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir, arayışın tarixi elan verilən dövrü əhatə etməlidir ); 7. müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması (yüklülük barədə arayış (uçotda olduğu vergi orqanından alınmalıdır, əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir, arayışın tarixi elan verilən dövrü əhatə etməlidir); 1. satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi (DİN və ASAN xidmət mərkəzlərindən məhkumluq barədə arayış (sənədin originalı təqdim edilməlidir və ya surəti olduğu təqdirdə notarial qaydada təsdiq edilməlidir, arayışın tarixi elan verilən dövrü əhatə etməlidir); 8. iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (əgər sənəd elektron formada alınıbsa notarial qaydada təsdiq edilməsi mütləqdir, 2022-ci il üzrə); 9. iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (Sənədin əsli təqdim edilməlidir, əgər sənəd elektron formada alınıbsa notarial qaydada təsdiq edilməsi mütləqdir, arayışın tarixi elan verilən dövrü əhatə etməlidir) 10. tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); 11. tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır); 12. Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması;
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.