“Oylmaşservis LTD” Firması vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan ( İcbari sığorta müqaviləsinin bağlanmaması) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə görə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 500 manat məbləğində, vəzifəli şəxslər1 500 manat məbləğində, hüquqi şəxslər 5 000 manat məbləğində cərimə edilir.
İş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi hakim Vüsal Qurbanovun icraatındadır.