“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ Ətraf Mühitin Mühafizəsi, Təbiətdən İstifadə Və Ekoloji Təhlükəsizlik Qaydaları əleyhinə olan (Su obyektlərinin mühafizəsi qaydalarının pozulması) inzibati xəta üzrə məhkəməyə verilib.
FED.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə iddası ilə protokol irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə görə su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhər Səbal Rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın icraatındadır.
Məhkəmə baxış iclası 31 oktyabr 2024-cü il, saat 10:30-a təyin edilib.