BOKT “İnkişaf üçün Maliyyə” MMC-yə idarəçilik qaydaları əleyhinə olan (Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə görə Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən eyniləşdirmə sənədlərinin və pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair sənədlərin saxlanması ilə bağlı vəzifələrin yerinə yetirilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhər Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun icraatındadır.
Məhkəmə baxış iclası 12 iyun 2024-cü il, saat 14:40-a təyin edilib.