Azərbaycanda iyulun 6-na gözlənilən hava şəraiti açıqlanıb.
FED.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatıpna görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-65 % olacaq.
Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24°, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 11-16° isti, gündüz 18-23°, bəzi yerlərdə 25-28° isti olacaq.














