“Azərtransservis” ASC idarəçilik qaydaları əleyhinə olan (Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinə mane olma) inzibati xəta protokolu üzrə cərimə oluna bilər.
FED.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə protokol irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinə görə Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər 500-600 manatadək məbləğdə, hüquqi şəxslər 1500-2000 manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhər Binəqədi Rayon Məhkəməsində hakim Aynurə Sdaıqovanın icraatındadır.
Məlumat üçün bildirək ki, “Azərtransservis” ASC 26 may 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkət 315 min 490 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Arif Haqverdiyev Məmməd oğludur.
Hüquqi ünvanı Az1108, Bakı Şəhəri Binəqədi Rayonu, Dərnəgül Şossesi, Ev.3105-Ci Məhəllə ünvanıdır.