Peşəkar maliyyəçi Əli Bayramov bu gündən etibarən Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında (ARPA) vəzifəsinin icrasına başlayıb.
FED.az xəbər verir ki, Ə.Bayramov kollektivlə tanış olduqdan sonra ARPA-nın gələcək planları, eləcə də strateji hədəfləri barədə geniş məlumat verib.
Yeni icraçı direktor yaxın gələcəkdə ARPA ilə bağlı müsbət mənada dəyişikliklərin olacağını, assosiasiyanın birbaşa təşkilatçılığı ilə müvafiq sahədə beynəlxalq tədbirlərin keçiriləcəyini də vurğulayıb.
Qeyd edək ki, Ə.Bayramov maliyyə, o cümlədən sığorta sahəsində peşəkar kadrlardan sayılır. O Azərbaycanda yeni yaradılmış "InsurALL" sığorta agentliyinin rəhbəri olub, ötən həftə isə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) icraçı direktoru təyin edilib.
Yeni direktor: "ARPA-da müsbət mənada ciddi dəyişikliklər olacaq"
14:57
7 May 2018