06 İyun 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
FED.az Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, hərracda tələb 8,6 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib. Qeyd edək ki, hərracda bugünkü tələb 2023-cü ilin ötə dövründə qeydə alınan ən aşağı sifarişdir.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.