Yanvarın 19-da Azərbaycanın Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun (SOFAZ) iştirakı ilə növbəti valyuta hərracı keçirib.
FED.az AMB-yə istinadən xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, hərracda tələb 1,5 milyon dollara olub və tam qarşılanıb.
Hərracın yekunlarına əsasən, ortaçəkili məzənnə 1,7 AZN/1 USD təşkil edib.