20 Dekabr 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
FED.az xəbər verir ki, hərracda tələb 93,4 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib (satış da 93,4 milyon dollar olub).
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.