FED.az xəbər verir ki, bunu Vergilər Nazirliyinin təşkilatçılığı ilə «Vergilər. Şəffalıq. İnkişaf» mövzusunda keçirilən konfransda Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib. O bildirib ki, «Mən vergi yükünün artırılmasını istəmirəm, amma hazırda ÜDM-nin tərkibində vergilərin həcmi 8-9% təşkil edir. Halbuki biz bunu 35-36%-ə çatdırmalıyıq."
"Belə edə bilsək, ölkənin şarşısındakı iqtisadi məsələləri həll edə bilərik. Bunun üün hökuməti daxilində, müxətəlif qurumlar arasında daha güclü koordinasiya olmalıdır. Bu məsələləri həll etməli, şəffaflığı artırmalıyıq ki, dünya ölkələri arasında da reytinqimiz yüksəlsin və investorlrın diqqətini cəlb eləsin", - deyərək çıxışına davam edən Z.Səmədzadə qeyd edib ki, hazırda sadələşdirilmiş vergi ödəyicilərinin sayı böyük olsa da onların vergi ödəmələrinə də payı olduqca aşağıdır:
"Təsəvvür edin, ödəyicilərin sayı 60-70% olduğu halda, orqanların verg ödəmələrində pay cəmi 0,8%-dir. Bu məsələlər də həllini tapmalıdır».
ÜDM-də vergilərin həcmi 4 dəfə artacaq
11:16
13 Fev 2018